EN

Türkiyədə fabrikdə yanğın: 10 adam tüstüdən zəhərləndi

Türkiyənin Esenyurt şəhərində tibbi cihaz istehsal edən fabrikdə baş verən yanğına yanğınsöndürənlər müdaxilə edir. Hadisə yerində tüstüdən təsirlənən 10 adama sağlamlıq qrupları müdaxilə edib.

Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, şəhərin Osmanqazi rayonu Qazi küçəsində 10 min kvadratmetr sahədə tibbi cihaz istehsal edən 3 mərtəbəli fabrikdə naməlum səbəbdən yanğın baş verib.

Xəbər verildikdən sonra əraziyə polis, yanğınsöndürmə briqadası və tibb briqadası göndərilib.

Yanğınla əlaqədar fabrikdə və ətraf fabriklərdə çalışan işçilər təxliyə edilib.

Hadisə yerində tüstüdən təsirlənən 10 adama sağlamlıq qrupları müdaxilə edib.

Yanğınsöndürənlər hələlik yanğını lokallaşdıra bilməyiblər.

QAZİLER.AZ

Chosen
50
qaziler.az

1Sources