EN

Marketoloq: Müştəri sahibkara dəymiş ziyanı mütləq qarşılamalıdır, əks halda...

Bəzən mağazalarda müştəri ehtiyatsızlığı səbəbindən malların dağılması və istifadəyə yararsız vəziyyətə düşməsi hallarına rast gəlinir. Belə durumlar müştərilər və mağazanın məsul şəxsləri arasında anlaşmazlıqların yaşanmasına səbəb ola bilir. Belə ki, bəzi müştərilər hadisənin ehtiyatsızlıq səbəbindən baş verməsini əsas gətirərək, dəyən ziyanı ödəməkdən imtina edirlər. Mülkiyyətçi isə dəymiş zərərin ödənilməsini tələb edəndə tərəflər arasında mübahisə yaranır.
Bəs mağazada müştəri ehtiyatsızlığı səbəbindən ziyan dəyən mala görə ödənişi kim etməlidir?           

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən marketoloq Nicat Manafov söyləyib ki, mağazadakı vitrində göstərilən məhsullara müştərilər tərəfindən hansısa zərər dəydikdə müştəri sahibkara dəymiş ziyanı mütləq qarşılamalıdır:    

"Çünki sahibkar malları vitrinə alıcılara göstərmək üçün qoyur. Onların istifadəsi və ya ziyan vurulması qəbuledilməzdir. Belə hal olduqda müştəridən dəymiş zərərin kompensasiya olunması tələb edilməlidir. Əks halda kamera görüntüləri, aktlarla məhkəməyə müraciət edilə bilər. Əslində bu kimi hallar çox yayılıb. Vətəndaşlar ehtiyyatsızlıqdan sahibkarın malını korlayır. Əsasən də bu vəziyyət geyinmə-soyunma otaqlarında paltarları yoxlayarkən baş verir. Təbii ki, müştəri məmnuniyyəti üçün sahibkarlar müvafiq güzəştlər edirlər. Lakin söhbət bahalı məhsuldan gedəndə işlər çətinləşir".
Chosen
40
sherg.az

1Sources