EN

Özbəkistanın ekologiya naziri: "COP29 ən yüksək səviyyədə təşkil olunub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) dünya ictimaiyyətinə qlobal ekoloji gündəmi müzakirə etmək üçün böyük imkanlar yaratdı".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Özbəkistanın ekologiya naziri Aziz Abdulhakimov COP29 kuluarlarında NEWS.ru-ya bildirib.
Onun sözlərinə görə, tədbir ən yüksək səviyyədə təşkil olunub.
"İlk olaraq azərbaycanlı həmkarlarımızı və dostlarımızı tədbirin uğurlu keçirilməsi münasibətilə təbrik edirəm. Hər şey ən yüksək səviyyədə təşkil olunub. İştirakçılar üçün bu, aktual gündəmi, məsələn, yaşıl enerjinin yaşıl təhsillə əlaqəsini müzakirə etmək üçün böyük fürsətdir. Məhz buna görə nümayəndə heyətimizə təhsil və elm naziri də daxildir. Ümumilikdə çox təmsilçi nümayəndə heyətimiz var. Energetika, su təsərrüfatı, kənd təsərrüfatı nazirləri də iştirak edirlər", - deyə Abdulhakimov bildirib.
O, tərəfdaşlar və həmkarlarla görüşmək, qlobal ekoloji gündəmin bütün məsələlərini "tet-a-tet" müzakirə etmək imkanına görə Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib. Abdulhakimovun sözlərinə görə, Özbəkistan nümayəndə heyəti üçün Bakıda COP29 çox uğurla keçir.
Chosen
17
50
oxu.az

10Sources