EN

Avropa İttifaqı ilk dəfə birgə silah alışını maliyyələşdirəcək

Avropa İttifaqı ilk dəfə olaraq üzv dövlətlərin birgə silah, o cümlədən raket və sursat alışı üçün maliyyə ayrılmasını təsdiqləyib. 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Margaritis Şinas məlumat verib.

Onun sözlərinə görə, bu qərar "Ümumi Satınalmalar vasitəsilə Avropa Müdafiə Sənayesinin Gücləndirilməsi" (EDIRPA) mexanizmi çərçivəsində həyata keçiriləcək. Ümumilikdə 5 layihə nəzərdə tutulub. Təşəbbüslərin hər biri üçün 60 milyon avro nəzərdə tutulub. Brüssel ümumi maliyyələşdirmənin 300 milyon avro olacağını bildirib.

 "İlk dəfədir ki, biz Aİ büdcəsindən üzv dövlətləri ümumi müdafiə satınalmalarında dəstəkləmək üçün istifadə edirik. Bu, hava və raketdən müdafiə sistemlərinin, müasir zirehli texnikanın və sursatların alınmasına aiddir. Layihədə doqquz iştirakçıya qədər ölkələrin qrupları iştirak edəcək. Layihələrdə ümumilikdə 20-yə yaxın üzv dövlət iştirak edir, onlardan bəziləri ilk dəfə EDIRPA-da iştirak edəcək. Ümumi satınalmalar Aİ üzv dövlətlərində müdafiə hazırlığını gücləndirəcək", - deyə Şinas qeyd edib.

Gülşən Şərif

Chosen
36
bakivaxti.az

1Sources