EN

COP29 çərçivəsində keçirilən Enerji Günündə mətbuat konfransı təşkil olunub (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində keçirilən Enerji Günündə mətbuat konfransıtəşkil olunub.

Trend xəbər verir ki, mətbuatkonfransında çıxış edənlər COP29 Sədrliyinin təşəbbüsləri,ölkəmizin həyata keçirdiyi yaşıl enerji layihələrindən söz açıb, butəşəbbüslərin qlobal enerji keçidindəki əhəmiyyətinivurğulayıblar.

Eyni zamanda, Azərbaycan təcrübəsinə əsaslanan və yaşıl enerjidəhlizlərinin, yaşıl enerji zonalarının yaradılmasını təşviq edən“Yaşıl enerji vədi”, “Enerji saxlama və şəbəkələr öhdəliyi”, “COP29hidrogen bəyannaməsi” kimi 3 əsas enerji təşəbbüsü qeyd olunub.

Azərbaycanın enerji təchizatı ilə tələbat arasında tarazlığıntəmin edilməsi və böyük həcmdə yaşıl enerji güclərinin şəbəkəyəinteqrasiyası imkanlarından danışılıb.

İştirakçılara, həmçinin Azərbaycan ərazilərində, xüsusilə ŞərqiZəngəzurda yaşıl enerji zonasının yaradılmasından, yaşıl enerjiyəkeçid, bu istiqamətdə bir çox beynəlxalq əməkdaşlıq imkanlarıhaqqında məlumat verilib.

Azərbaycanın bir çox ölkələrlə yaşıl enerjinin inkişafı vəötürülməsi sahəsində strateji sazişlər imzaladığı diqqətəçatdırılıb. Bundan əlavə, Təmiz Enerji Mərkəzinin açılacağıbildirilib.

Mətbuat konfransında Azərbaycanın yaşıl enerjiyə keçidsahəsindəki əzmkarlığı və yaşıl gələcək naminə qlobal həmrəyliyəsadiq olduğu bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
Chosen
48
50
az.trend.az

10Sources