EN

Ailə həkimi kimlərə deyilir?-AÇIQLAMA

Doğmalarımızın sağlamlığının keşiyində durmaq hər birimiz üçün çox vacib məsələdir. Ailədə xəstələnən şəxsə dəqiq diaqnoz, təyinatlar və ətraflı təkliflər verə biləcək ailə həkiminin olması lazımdır. Bəs ailə həkimi kimlərə deyilir?

Sualımızı cavavablandıran Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a bildirib ki, ailə həkimi Azərbaycan səhiyyəsində hələ tam formalaşmayıb:

“Əvvəllər insanlar ailə həkimi yerinə inandığı həkimə müraciət ediblər. Yəni ailə həkimi statusu yaranmamışdan öncə də insanlar öz həkimlərini seçirdilər. Ümumiyyətlə insan dəfələrlə bir həkimə müraciət edir və dediyi müalicəni əməl edirsə, artıq o həkimə qarşı inam yaranır. Səhiyyə qanunlarına baxsaq görərik ki, həkim olmaq istəyən şəxslər 6 il universitet və 4 il rezidentura oxuduqdan sonra o adı qazanırlar. Lakin tək universitet oxumaqla isə ailə həkimi olurlar. Ailə həkimi bildiyimiz polikinikalarda sahə həkimi olan həkimlərdir. Bir çox ailə həkimi yönləndirici rol oynayır. Yəni xəstənin hər hansı problemi varsa, onu professional həkimlərə yönəldirlər. Bu günkü dövrümüz üçün ən önəmli olan məqam həkimlərin pasiyentlərə öz doğması kimi yanaşmasıdır. Həkim pasiyentə qarşı mehriban olmalı, hər detalı başa salmalıdır. Bunlar yoxdursa, həkim savadının heç bir əhəmiyyəti olmur. Hazırda həkim tibbi etikası aşağı səviyyədədir. Bu gün Azərbaycan səhiyyəsində həkimlər arasında 80 faizi belədir. Ancaq 20 faiz həkimdə tibbi etika yüksək səviyyədədir”.
Chosen
80
sherg.az

1Sources