EN

Çox mübahisəli COP29: iqlim danışıqları “artıq effektiv deyil”

Məqalə barədə məlumatMüəllif, Könül XəlilovaVəzifə, BBC News Azərbaycanca,Bakı, COP29

Bakıda keçirilən BMT-nin iqlim danışıqları - COP29 konfransının ilk həftəsi uğurları ilə yanaşı xeyli mübahisəli məqamlarla davam edir.

Bu gün yayılan və dünyanın mühüm iqlim ekspertlərinin, o cümlədən keçmiş BMT Baş katibinin və BMT-nin keçmiş iqlim rəhbərinin imzaladığı məktubda Tərəflərin 29-cu illik Konfransı (COP) həlledici nəticələr verə bilmədiyi üçün tənqid edilib.

Onların fikrincə, Birləşmiş Millətlər Təşkilatının COP iqlim danışıqları “artıq məqsədinə uyğun deyil” və təcili islahatlara ehtiyac var.

Məktubda deyilir ki, qazıntı yanacaqlarını - neft, qaz - mərhələli şəkildə dayandırmağı dəstəkləməyən ölkələrin COP tədbirlərinə ev sahibliyi etməsi qadağan edilməlidir.

Dünyanın istiləşməsinə sən necə töhvə verə bilərsən?Azərbaycanda keçirilən COP29 nədir, xərcini kim çəkir, kimlər gəlib? 10 suala cavabdaDünya niyə bu barədə danışır? Muxtar Babayevin COP29 sammitinə liderliyi qalmaqal yaradıb“Allahın hədiyyəsi”COP29

Şəklin mənbəyi, Getty Images

Chosen
59
bbc.com

1Sources