EN

Türkiyənin bu vilayətində güclü zəlzələ oldu

Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar və Təcili Yardım İdarəsi (AFAD) məlumat verib.

Bildirilib ki, səhər saatlarında baş verən zəlzələnin dərinliyi 7 kilometr olub.

Daxili işlər naziri Əli Yerlikaya bildirib ki, AFAD və aidiyyəti qurumların bütün qrupları dərhal ətraf əyalətlərdə də hiss olunan zəlzələ ilə bağlı çöl araşdırmalarına başlayıb.

Chosen
44
publika.az

1Sources