EN

Paşinyandan yeni dəhliz təklifi: “Detallar Əliyevlə müzakirə olunub”

Təfərrüatlara girə bilmərəm, amma hələlik təkliflərdən danışırıq, hansısa anlaşma əldə edilərsə, onda bu haqda açıq danışmaq mümkün olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin komitə sədri Sərkis Xandanyan Baş nazir Nikol Paşinyanın İrəvanın nəqliyyat dəhlizləri ilə bağlı Azərbaycana təkliflər verməsi barədə açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu təkliflər “Sülh qovşağı” layihəsi və Ermənistan hökumətinin son illərdə təqdim etdiyi ideyalara əsaslanır.

Paşinyanın qarşılıqlı məqbul həllin mümkünlüyü barədə açıqlamasına da toxunub: “Kazanda baş tutan görüşdən güman edirəm ki, müəyyən detallar müzakirə olunub, bəli, qarşılıqlı həll mümkündür”.

Xandanyan dəhliz məsələsinin Bakıyla İrəvan arasında hələlik sənəd yox, yazışma şəklində müzakirə olunduğunu bildirib.

Qurum rəhbəri Ermənistanın dəhliz məsələsinin mərhələli şəkildə həyata keçirilməsi variantı ilə bağlı danışıqlar aparıb-aparmaması ilə bağlı sualı da cavablandırıb:

“Mərhələli ola bilər. Hesab edirəm ki, bunu daha səmərəli, asan və qarşılıqlı etimad şəraitində həyata keçirmək mümkün olacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Kazanda baş tutan görüş oktyabrın 24-də keçirilib.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
32
1
teleqraf.com

2Sources