EN

Bu gün bütün dünya “Qarabağ Azərbaycandır” deyir- ÖZƏL

"Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və dövləti bu işğalla heç vaxt barışmırdı. Prezident, Ali Baş Komandan İlham Əliyev güclü ordu yaratdı, iqtisadi inkişafı təmin etdi, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almadıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, xalq-iqtidar birliyi, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Cəmi 44 gün ərzində düşmənin müdafiə xəttlərini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran qəhrəman övladlarımız bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Həmin düşmən 2019-cu ildə Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə" demişdi. Bu gün bütün dünya "Qarabağ Azərbaycandır" deyir və bundan sonra da deyəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: 
"Prezident İlham Əliyevin Bakıda Zəfər Parkının açılışında etdiyi çıxış, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini bir daha vurğuladı və Azərbaycanın müstəqillik, ərazi bütövlüyü və xalqın qüruru uğrunda apardığı mübarizənin simvoluna çevrildi. Bu park, Azərbaycanın azad edilmiş torpaqlarında qazandığı böyük Zəfəri və ölkənin gələcək nəsilləri üçün mühüm bir tarixi yaddaş olaraq əhəmiyyət kəsb edir.   Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Zəfər Parkı, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun şərəfinə salınmışdır. Bu park, xalqın birlik və iradəsinin göstəricisi olmaqla yanaşı, gələcək nəsillərə Azərbaycanın haqlı mübarizəsini xatırladacaq. Dövlət başçısının qeyd etdiyi kimi, bu park Azərbaycan xalqının Qələbəsinin, milli iradənin və əsgərimizin şücaətinin əbədi simvoludur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
41
olaylar.az

1Sources