EN

COP29 çərçivəsində "Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması" mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Xalis SıfırXəritəsi: Dayanıqlı enerji sisteminin qurulması" mövzusunda panelkeçirilib.

Trend xəbərverir ki, tədbirdə Paris Sazişində qeyd olunan əsas məqsəd vəssenarilərə diqqət yetirilib, xalis sıfır emissiyalarına doğruqlobal keçid araşdırılıb.

Paneldə sənayelərin yeni enerji modellərinə necə keçdiyi vəyaşıl texnologiyalara sərmayə qoyduğu barədə mövzular gündəməgətirilib.

ADA Universitetinin professoru Damyan Krnyevik Miskoviçinmoderatorluğu ilə keçirilən tədbirdə COP29-un baş icraçı direktoruElnur Soltanov, “SOCAR Green” şirkətinin baş direktoru ElnurMusayev, Moldova Respublikası Energetika Nazirliyininkarbonsuzlaşdırma üzrə dövlət katibi Karolin Novak və MacarıstanınEnergetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiriBarbara Botos keçid dövrünün enerji sistemlərinin iqtisadiproblemlərini, o cümlədən infrastruktur investisiyaları, siyasətdəyişiklikləri və texnoloji tərəqqini müzakirə ediblər.

Tədbirdə texnoloji və iqtisadi aspektlərlə yanaşı, ədalətlikeçid ideyası əsas götürülərək enerji keçidinin sosialtərəflərindən bəhs olunub. Qeyd edilib ki, bütün icmalarındayanıqlı enerjiyə keçid prosesində iştirakını təmin etmək bərabərsosial inkişaf üçün çox vacibdir. Sessiyada enerji keçidlərininyeni iş yerlərinin yaradılması, icmaların dayanıqlılığı və xüsusiləinkişaf etməkdə olan ölkələrdə hər kəs üçün təmiz enerjiyə çıxışınüsulları araşdırılıb. Tədbirdə, həmçinin enerjiyə çıxış, əlçatanlıqvə keçid dövrünün sosial-iqtisadi təsirləri ilə bağlı problem vəimkanlar müzakirə olunub, eləcə də xalis sıfır emissiyalı gələcəyənail olmaq üçün inklüziv strategiyaların əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
Məqalədə:
Chosen
36
6
az.trend.az

7Sources