EN

ABŞ yeni qlobal savaşa hazırlıq görür

ABŞ Hərbi Dəniz Qüvvələri “Rusiyanın Şimali Atlantika və Arktikada fəaliyyəti” ilə bağlı artan narahatlıqlar fonunda Soyuq müharibədən sonra ilk dəfə Şotlandiyanın şimal-şərqində yerləşən Lossimut hərbi bazasına yeni “Boeing P-8A Poseidon” dəniz müşahidə təyyarəsini gətirir.

Musavat.com xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Böyük Britaniya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Lossimut hava bazasının modernləşdirilməsi və yenilənməsi üçün 443 milyon dollar dəyərində 6 illik layihə tamamlanıb. Bu ilin oktyabr ayında imzalanmış ikitərəfli Dərin Müdafiə Tərəfdaşlığı sazişinə uyğun olaraq, Şotlandiya aviabazasında Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Boeing P-8A Poseidon” təyyarəsi də vaxtaşırı qəbul ediləcək.

Qlazqo Universitetinin professoru Piter Ceksonun fikrincə, ABŞ-nin geri qayıtması Ukrayna münaqişəsi fonunda Şimali Atlantika və Arktikada təhlükəsizliklə bağlı yaranan narahatlıqlarla bağlıdır.

Musavat.com

Chosen
37
musavat.com

1Sources