EN

II Elizabetin boyunbağısı rekord qiymətə satıldı - FOTO

Böyük Britaniyanın mərhum Kraliçası II Elizabetin tacqoyma mərasimində taxdığı antik brilyant boyunbağı rekord qiymətə satılıb.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, 18-ci əsrə aid olan və 300 əyyarlıq almazla bəzədilmiş boyunbağı İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda 4,8 milyon dollara yeni sahibinə təqdim olunub.

Boyunbağı daha əvvəl 1953-cü ildə Kraliça II Yelizavetanın tacqoyma mərasimində Anglesey Markesi tərəfindən və 16 il əvvəl Kral VI George-un tac mərasimində də taxılıb.

Boyunbağını hərracda alan şəxs adının gizli qalmasını istəyib. 

"Cebheinfo.az"

Chosen
15
1
cebheinfo.az

3Sources