EN

DVX POS-terminal quraşdırılmaması ilə bağlı nəzarət tədbirlərinə başlayacaq

Sabahdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vertgi Xidməti (DVX) POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlayacaq."Report" bu barədə quruma istinadən xəbər verir.Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

 

Chosen
41
24
turanpress.com

10Sources