EN

Keçmiş səfir Moskva metrosunda görüntülənib

Rusiyanın ABŞ-dəkı keçmiş səfiri Anatoli Antonov Moskva metrosunda görüntülənib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib. 

"O, istefa verib və Rusiya Federasiyasına qayıdıb", - jurnalistlər qeyd ediblər.

KİV diplomatın metroda səfəri zamanı çəkilmiş fotoşəkili yayımlayıb.  

Antonov 2017-ci ilin avqustunda Rusiya Federasiyasının ABŞ-dəki diplomatik nümayəndəliyinə rəhbərlik edib. Bu il oktyabrın 5-də diplomat Moskvanın Vaşinqtondakı səfiri kimi işini başa vurub və ertəsi gün Rusiya paytaxtına qayıdıb.

Chosen
31
23
unikal.az

10Sources