EN

Trampın yeni kabinetinin tərkibi və qlobal təsirləri

Donald Trampın 2024-cü il ABŞ prezident seçkilərində ikinci müddətə qələbə qazanması və yeni kabinetini açıqlaması qlobal iqtisadiyyat və maliyyə bazarlarında mühüm dəyişikliklərə səbəb ola bilər. Bu dəyişikliklərə dair ASSIST Finance-in analitik komandası bildirib ki, Trampın əvvəlki siyasətlərini davam etdirən yeni kabinet, Amerika maraqlarını ön planda tutan və iqtisadiyyatda qlobal rəqabəti gücləndirən addımlar atacaq.

Enerji və Ətraf Mühit: Analitiklər qeyd edir ki, Trampın enerji siyasəti üzrə yeni kabinet üzvləri daxili istehsalın artırılmasına və bərpa olunan enerji layihələrinin zəiflədilməsinə fokuslanıb. Bu siyasət dünya üzrə fosil yanacaqlara tələbatı artıraraq enerji qiymətlərində dalğalanmalara səbəb ola bilər. Belə addımlar ətraf mühit normalarını da yumşaldaraq neft və təbii qaz hasilatının artmasına şərait yaradacaq.

Kənd Təsərrüfatı Siyasəti: Trampın kənd təsərrüfatı siyasətinin davam etdirilməsi, xüsusilə ABŞ kənd təsərrüfatı məhsullarının xarici bazarlarda yerini möhkəmləndirmək məqsədilə ticarət tərəfdaşları ilə sazişlərin yenidən müzakirə olunması gözlənilir. ASSIST Finance ekspertləri hesab edir ki, bu, dünya ərzaq bazarına birbaşa təsir edərək tarazlığı dəyişdirə və qlobal ərzaq ticarətində yeni vəziyyət yarada bilər.

Dolların Güclənməsi: Yeni iqtisadi komanda yerli istehsalı dəstəkləyən və vergi güzəştləri ilə dolların güclənməsinə səbəb olacaq siyasətlər planlaşdırır. Analitiklərin fikrincə, dolların qısamüddətli dövrdə güclənməsi qlobal maliyyə bazarlarında dollarla qiymətlənən aktivlərdə dəyişikliklərə və inkişaf etməkdə olan ölkələrdə idxal inflyasiyasına səbəb olacaq.

Siyasi İttifaqlar və Beynəlxalq Rəqabət: Trampın yeni kabinetinin əsas istiqamətlərindən biri böyük güclərlə, xüsusilə Çin və Rusiya ilə rəqabətə yönəlmiş siyasətlərin davam etdirilməsidir. ASSIST Finance analitikləri bu siyasətlərin dünya bazarlarında riskləri artıracağını və qlobal ticarət müharibələrinə səbəb olacağını vurğulayır.

Yeni İqtisadi Şərtlərə Uyğunlaşma Zərurəti: Analitiklər, Tramp administrasiyasının tətbiq etdiyi siyasətlərin dünya iqtisadiyyatında həm çətinliklər, həm də yeni imkanlar yarada biləcəyini qeyd edir. Dünya ölkələri bu yeni reallıqlara uyğun strategiyalar hazırlayaraq həm riskləri azaltmağa, həm də yeni imkanlardan faydalanmağa çalışmalıdır.

Qeyd edək ki, sizdə ASSIST Finance vasitəsilə maliyyə bazarında öz yerinizi tuta bilər, yerli və xarici səhmlərə, istiqrazlara yatırım edə, həmçinin birja ticarəti ilə gəlirlərinizi yüksəldə bilərsiniz.

Chosen
11
50
fed.az

10Sources