EN

“Boşanmışıq, amma bir evdə yaşayırıq”

Aktrisa Zümrüd Qasımova boşanmasından danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “Gün ortası” proqramında açıqlama verib. O bildirib ki, keçmiş həyat yoldaşı Nazim Zeynalovla boşansalar da, bir evdə yaşayırlar:

“Mən şükür edirəm ki, yaşayıram.Allah çox şeyi əlimdən alsa da, çox gözəlliklər verib. Gözəl ailədə dünyaya gəlmişəm, sevgi əhatəsində böyümüşəm, sevdiyim sənətlə məşğulam, məni dəli kimi sevən həyat yoldaşım var. Biz artıq 15 ildir bir yerdəyil. Soruşsanız ki, 15 ildə bizim həyatımızda nəsə dəyişdi? Əvvəl deyirdim, ayrılsaq, həyatımızı davam etdirərik. Amma zaman kedikdən sonra o insana daha çox bağlanırsan. Bizdə rəsmi ayrılıq olub. Heç vaxt ayrılmamışıq, mən evdən heç vaxt çıxmamışam. Hazırda da boşanmış kimiyik, rəsmi nigahımız olmayıb. Bunun üçün mən toy istəyirdim, çünki ilk dəfə toyum olmamışdı. Lakin yaxın rəfiqəmin həyatında faciə olduğu üçün toy istəmədim. Bir il yarımdır ki, boşanmış kimi bir evdə yaşayırıq. Həyatımızda heç nə dəyişməyib”.

Chosen
116
10
olay.az

10Sources