EN

Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətini təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətini yaranmasının 41-ci ildönümü münasibətilə təbrik edib. Məlumatı “Anadolu” verib. 

“Aralıq dənizində sülhün, ədalətin və rifahın qarantiyası olan dostumuz və qardaşımız olan Şimali Kipr Türk Respublikasının yaranmasının 41-ci ildönümü mübarək”, - Ərdoğan sosial media hesabından paylaşım edib.

Dövlət başçısı həlak olanların xatirəsini ehtiramla yad edib, müharibə veteranlarına ehtiramını bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin ŞKTC-nin elan edilməsinin 41-ci ildönümü münasibətilə X sosial şəbəkəsindəki hesabında dərc olunan bəyanatında isə deyilir ki, Türkiyə qarant ölkə olaraq Şimali Kipr Türk Respublikasının (KKTC) əhalisinin hüquq və mənafelərini qorumağa davam edəcək: “Kipr türklərinin suverenlik və azadlıq mübarizəsinin ən mühüm simvolu olan Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 41-ci ildönümü mübarək! Türkiyə hər zaman Kipr türklərinin yanında olacaq, onların Vətəni və təminatçısı olaraq hüquq və mənafelərini qoruyacaq”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da əlamətdar tarixlə bağlı X sosial şəbəkəsində yazı paylaşıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Chosen
12
1
xalqqazeti.az

2Sources