EN

Narkotik satmaqda ittiham olunan tiktokerin məhkəməsi keçirildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən Zeynəb Ən-Nəimənin növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan məhkəmədə polis əməkdaşı şahid kimi ifadə verib.
Hadisə vaxtı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsində təhqiqatçı işləmiş, hazırda Yasamal Rayon Polisi İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqatçı vəzifəsində işləyən şəxs ifadə verərək bildirib ki, Zeynəb Tapdıq qızı Ən-Nəimən saxlanıldıqdan sonra onun həyat yoldaşının ərəb millətindən olduğu müəyyənləşib:
"Bütün prosessual hərəkətləri aparmışam, saxlanılan şəxsə hüquqları izah olunub. Evindən 77 ədəd metadon həbi götürülüb, ekspertizaya göndərilib".
Məhkəmə prosesi noyabrın 29-na kimi təxirə salınıb.
Onu da qeyd edək ki, Zeynəb Ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.
Xatırladaq ki, Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.
Chosen
43
50
oxu.az

10Sources