EN

Qəhvə içmək üçün doğru zaman hansı saatlardadır?

Səhərlər bir çox insanın əvəzolunmazı olan qəhvə günün müəyyən saatları var ki, həmin zaman içilsə yaxşı olar.

Araşdırmalara əsasən, səhər tezdən yox irəliləyən saatlarda bu içki istehlak edilsə daha çox enerji ilə bizi təmin edər. Kofein bədəndə kortizol səviyyəsini artıraraq ayıqlığı təşviq edir. Sözügedən hormon səhərlər təbii olaraq yüksəlir və sizi oyadır. Kortizol və kofeinin əlaqəsinə gəldikdə isə, kortizol yuxudan oyandıqdan qısa müddət sonra ən yüksək səviyyəyə çatır ki, bu da kofeinə olan ehtiyacınızı azaldır. Qəhvə içmək kortizolun təbii ritmini poza bilər.

Qəhvə içmək üçün ən yaxşı vaxt insandan insana fərqli olsa da ideal vaxt səhər 9:30 və 11:00 arasında qəhvə içmək, gününüzü daha enerjili keçirməyə yardımçı ola bilir. Gecə gec saatlarda qəhvə istehlak etmək insanları çoxu üçün yuxusuzluğa yol aça bilir. Çünki kofeinin bədəndən atılma müddəti 2 ilə 10 saat arasındadır. Həmçinin, bəzi insanlar kofeini tez metabolizə edə və gecə gec saatlarda qəhvə içməyin təsirlərini daha az hiss edə bilərlər.

Günorta isə saat 14:00 radələrində qəhvə içmək enerji səviyyənizi artıracaq.

Zərintac MayisqızıMissiya.Az

Chosen
38
missiya.az

1Sources