EN

Dünyadakı uşaqların təqribən 93%-i çirkli hava ilə nəfəs alır - Səhiyyə naziri

Bakı. Trend:

Dünyadakı uşaqların təqribən 93%-i, yəni 15 yaşınadək 1,8milyard uşaq çirkli hava ilə nəfəs alır. Bu da kritik inkişaffazaları zamanı pis sağlamlıq nəticələrinə gətirib çıxarır.

Trend-inməlumatına görə, bu sözləri Azərbaycanın Səhiyyə naziri TeymurMusayev COP29 çərçivəsində keçirilən tədbirdə deyib.

O bildirib ki, körpələr və uşaqlar xüsusilə havanınçirklənməsinə məruz qaldıqda bu, ağciyərlərin sağlamlığına ciddimənfi təsir edir.

Nazir eyni zamanda Səhiyyə Nazirliyinin ətraf mühitin mühafizəsiilə məşğul olan qurumlarla birlikdə ölkə ərazisində havanınkeyfiyyətinə fəal şəkildə nəzarət etdiyini diqqətə çatdırıb:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq Sazişiçərçivəsində hər iki qurumun mütəxəssisləri Azərbaycanda havanıçirkləndirənlərin ölüm hallarına təsirinin monitorinqinə başlayıb.Əsas hava çirkləndiricilərinin sağlamlığa təsirləriniqiymətləndirməyə imkan verən ÜST tərəfindən hazırlanmış proqramtəminatından istifadə etməklə növbəti beşillik dövr ərzindəmonitorinq nəticələrinin xülasə hesabatı hazırlanır. Havanınçirklənməsinin sağlamlığa təsirləri barədə ictimaiyyətiməlumatlandırmaq üçün maarifləndirici proqramlar davametdirilir".

"Azərbaycan Tibb Universitetində “İqlim dəyişikliyi vəsağlamlıq” fənni tədris olunur. UNİCEF-in dəstəyi ilə SəhiyyəNazirliyi səhiyyə işçiləri üçün “Uşaqların ətraf mühitinsağlamlığı” mövzusunda təlimlər təşkil edib. Əsas məqsəd səhiyyəişçiləri arasında bilik və bacarıqların artırılması, iqlimdəyişikliyinin və ətraf mühitin çirklənməsinin təsirləri haqqındaməlumatlılığın artırılması olub", - deyə T.Musayev vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
34
1
az.trend.az

2Sources