EN

Robert Köçəryan və Seyran Ohanyanı  məhkəməyə polislər gətirəcək

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Sarkis Petrosyan Ermənistanın eks-prezidenti Robert Köçəryan, keçmiş müdafiə naziri və deputat Seyran Ohanyan, eləcə də Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturovun növbəti iclasa məcburi gətirilməsi barədə göstəriş verib.

KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, noyabrın 15-nə təyin olunan məhkəməyə  Köçəryan, Ohanyan və Xaçaturov gəlməyiblər. İşdə təqsirləndirilən şəxslərdən yalnız keçmiş baş nazirin müavini və “Ermənistan” blokundan olan deputat Armen Gevorqyan iştirak edib. Vəkillər bildiriblər ki, nə sənədlərdə, nə də əvvəlki görüşlərdə müvəkkillərinin təqsirləndirilən şəxs statusu rəsmi şəkildə qeyd olunmadığı üçün onların məhkəməyə gəlməsi tələb olunmayıb. Hakim qeyd edib ki, bütün təqsirləndirilən şəxslər iclasın vaxtı barədə xəbərdar ediliblər: ”Məhkəmə qərarın icrasını Ermənistan polisinəə həvalə edərək, Robert Köçəryanın, Yuri Xaçaturovun və Seyran Ohanyanın məhkəmə zalına məcburi gətirilməsini təmin etmək qərarına gəlib”, – deyə Petrosyan bildirib. Növbəti iclas noyabrın 28-nə təyin edilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
55
konkret.az

1Sources