EN

Azərbaycana planlaşdırılmış taxıl tədarükü başlayıb - Tokayev

Bakı. Trend:

Özbəkistan, Azərbaycan, Türkmənistan, Qırğızıstan və Əfqanıstanaplanlı taxıl tədarükünə başlanılıb.

Trend Akordanın mətbuatxidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan PrezidentiKasım-Jomart Tokayev Kənd təsərrüfatı işçilərinin I Forumundabildirib.

“Hazırda 250 min ton arpanın daşındığı İran bazarına çıxış bərpaolunub. Çinə, Avropa İttifaqı ölkələrinə və Şimali Afrikaya dataxıl tədarükü həyata keçiriləcək”, - deyə o bildirib.

Qazaxıstan Prezidentinin sözlərinə görə, dəniz daşımalarınıartırmaq üçün Kurık limanında yeni taxıl terminalı istifadəyəverilib. O əlavə edib: “Yeni ərzaq bazarlarının artan tələbatınınəzərə alaraq, “Şimal-Cənub” və Trans-Xəzər marşrutu kimibeynəlxalq dəhlizlərin rolu artacaq”.

Kasım-Jomart Tokayev qeyd edib ki, son illər onun beynəlxalqdanışıqlarının gündəliyində duran əsas məsələlərdən biriQazaxıstanın Avrasiyanın tamhüquqlu nəqliyyat-logistika mərkəzikimi formalaşması ilə bağlı strateji vəzifənin həllidir.

“Dəhlizlərə rahat çıxış, eləcə də daxili logistikanınyaxşılaşdırılması bu məsələdə böyük əhəmiyyət kəsb edir. Buna görədə növbəti 6 il ərzində (2030-cu ilə qədər) biz dəmir yoluşəbəkəsinin genişmiqyaslı modernləşdirilməsini planlaşdırmışıq, 11min kilometrdən çox dəmir yolunun təmiri, 5 min kilometrdən artıqdəmir yolunun çəkilməsi nəzərdə tutulur”, -deyə o bildirib.

Chosen
45
10
az.trend.az

10Sources