EN

İndoneziya, Malayziya və Tailand BRİCS-in tərəfdaş ölkələri olub

İndoneziya, Malayziya və Tailand BRICS-in tərəfdaş ölkələri olublar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, "tərəfdaş ölkə" statusu “BRICS”ə tam hüquqlu üzv olmaqdan əvvəl məcburi bir addımdır.

Birliyin tərəfdaş ölkələri arasında Əlcəzair, Belarus, Boliviya, Vyetnam, Qazaxıstan, Kuba, Nigeriya, Türkiyə, Uqanda, Özbəkistan da var.

Chosen
55
6
apa.az

7Sources