EN

Estoniyanın baş məşqçisi: “...faciə sayılacaq”

“Hər zaman olduğu kimi Azərbaycanda qonaqpərvərlik yüksək səviyyədir. Hər şey yaxşı təşkil olunub”.

İdman.biz xəbər verir ki, bunu Millətlər Liqasında Azərbaycanın rəqibi olan Estoniya yığmasının baş məşqçisi Yurgen Henn deyib.

Gənc mütəxəssis evdəki görüşdə 3:1 hesablı qələbəbinin onun üçün xüsusi bir uğur olmadığını vurğulayıb: “Bu barədə düşünmürəm. Əsas olan komandanın performansıdır. Yığmamızın yüksək səviyyədə çıxış etməsi mənim üçün böyük qürur idi”.

Henn D divizionuna yuvarlanmağın onlar üçün də uğursuzluq olacağını deyib: “Bu hər yerdə belədir. Hər ölkə istəyər ki, daha yüksək olan liqada çıxış etsin. Aşağı diviziona getmək bir növ uğursuzluq, faciə sayılacaq. Amma onu da nəzərə alaq ki, digər qruplarla müqayisədə bizimki çətin idi. Həm biz, həm də Azərbaycan bəlkə də digər qruplarda olsaydı, şans daha yaxşı olardı. Amma yekunda kimsə aşağı getməlidir”.

Qeyd edək ki, Qəbələdə keçiriləcək Azərbaycan – Estoniya matçı sabah 18:00-da start götürəcək.

İdman.biz

Chosen
51
idman.biz

1Sources