EN

Simonyan Macarıstan prezidenti ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Macarıstanın prezidenti Tamas Sulyok ilə görüşüb.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, görüş zamanı həmsöhbətlər Ermənistan-Macarıstan münasibətlərinin hazırkı prosesi və onların yaxşılaşdırılması üçün atılması lazım olan addımlar barədə fikir mübadiləsi aparıblar.

Məlumata görə, Simonyan və Sulyok ikitərəfli münasibətlərə dair müzakirələrlə yanaşı, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivlərinə, eləcə də regional maraq doğuran bir sıra digər məsələlərə toxunublar.

Daşqın HəsənovMissiya.Az

Chosen
81
40
missiya.az

10Sources