EN

Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, səhər yarımadanın ayrı-ayrı yerlərində yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Axşam tədricən kəsiləcək. Şimal-qərb küləyi gecə və səhər yarımadanın bəzi yerlərində arabir güclənəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq.
 

Noyabrın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 11-14° isti olacağı proqnozlaşdırılır.


Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, qar yağacağı ehtimalı var. Noyabrın 17-də axşam yağıntı tədricən kəsiləcək, noyabrın 18-də hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi noyabrın 17-də gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Bizim.Media

Chosen
12
49
bizim.media

10Sources