EN

Avstraliyalı nümayəndə: "Ölkəmizdə kömürlə işləyən elektrik stansiyaları bağlanır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz bütün dünyada genişmiqyaslı bərpaolunan enerji mənbələri və yaşıl hidrogenlə məşğul olan bir şirkətik. Bu baxımdan, COP və onun 29-cu sammitini yüksək dəyərləndirirəm".
Bunu Oxu.Az-a açıqlamasında 4 qitədə bərpaolunan enerji istehsalı ilə məşğul olan "CWP Global" şirkətinin həmtəsisçisi və sədri Jose Alexander Hewitt deyib.
O, sayca 29-cu COP sammitində iştirak etdiyini və tədbirin çox yaxşı təşkil edildiyini bildirib:
"Təbii ki, hamını narahat edən problemin birgə həll yolunu axtarmaq, bu istiqamətdə çox insanla görüşmək, bir neçə şey öyrənmək, əlaqələr qurmaq çox yaxşıdır. Ümumi istiqaməti həmişə həvəsləndiricidir. Çünki iqlim dəyişikliyi aksiyasının arxasında çoxlu insan görmək adama ümid verir".
"Mən Avstraliyadanam. Bizdə iqlim problemləri artmağa başlayıb. Son bir neçə ildə çox sayda daşqınlar oldu. Bizdə daha çox müntəzəm və ya mövsümdənkənar siklonlar olur. Quraqlıqlar və isti havalar da bu problemi daha da artırır. Lakin hazırkı hökumət bununla bağlı çox iş görür. Onlar qarşıya yüksək və real hədəflər qoyublar. O cümlədən hökumətin dəstək mexanizmləri var. Çünki bərpaolunan enerjinin yayılması əhəmiyyətlidir. Bizim şirkətimiz təkcə bərpaolunan enerjiyə təxminən 3.5 milyard ABŞ dolları dəyərində sərmayə qoyub. Biz bərpaolunan enerji ilə zənginik. Bizdə çoxlu külək və günəş enerjisi var. Bizdə çoxlu kömür də var, lakin kömürlə işləyən elektrik stansiyaları bağlanır. Beləliklə, trayektoriya yaxşıdır, lakin hələ görüləsi çox iş var. Bu baxımdan, Azərbaycanın da iqlim məsələsində fəaliyyətini yüksək qiymətləndirirəm. Burada COP keçirmək, bəşəriyyətin xilas yollarını axtarmaq həqiqətən təqdirəlayiqdir".
Mərahim Nəsib
Chosen
46
1
oxu.az

2Sources