EN

Polşa nümayəndə heyətinin rəhbəri: COP29 tədbirlərində bütün tərəflərin iddialı yanaşmasını görmək istəyirik

Burada olmaqdan çox şadıq və bu gözəl qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirik. Bu mühüm tədbirdə iştirak etdiyimizə və qlobal danışıqlar prosesinin bir hissəsi ola bildiyimizə görə xoşbəxtik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Polşanın Ətraf Mühit Nazirliyinin nümayəndə heyətinin rəhbəri Katarzyna Vrona söyləyib. Avropa İttifaqı ilə birlikdə danışıqlar apardığını və mövqelərinin üst-üstə düşdüyünü deyən K. Vrona, COP29-da aparılan müzakirələrin ilk növbədə maliyyə vəsaitinin təmin edilməsi ilə nəticələnməli olduğunu qeyd edib: "Biz hamımız 2025-ci ildən sonra iqlim maliyyəsi üçün yeni hədəf gözləyirik və bu bizim prioritetimizdir. Biz bu hədəfin iddialı, eyni zamanda, onun məqsədə uyğun olmasını və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməsini istəyirik. Amma biz onu da bilirik ki, bu məqsədə nail olmaq olduqca çətindir".

Nümayəndə heyətinin rəhbəri dövlət resurslarının məhdud olduğunu, onun məsuliyyətli və şəffaf şəkildə xərclənməsinin tərəfdarı olduğunu deyib. O, həmin resusların ən çox ehtiyacı olanlara yönəldiləcəyinə inandığını da deyib.

"COP29-un əsas gündəliyi maliyyə olsa da, bütövlükdə maliyyə yumşaldılması ilə bağlı deyil. Emissiyaların azaldılması və bu istiqamətdə ambisiyalar prosesin əsasını təşkil edir. Biz hamımız səy göstərməliyik ki, Paris Sazişinin məqsədlərinə çataq. Bu mənada biz təsirlərin azaldılması üzrə iş proqramı ilə bağlı müzakirələrdə çox konstruktiv şəkildə iştirak edirik. Biz COP tədbirlərində bütün tərəflərin iddialı yanaşmasını görmək istəyirik. İnanırıq ki, COP29-da müzakirələr nəticəsində uyğunlaşma üçün ehtiyacımız olan əlavə vəsaitləri əldə edə biləcəyik", - deyə Katarzyna Vrona diqqətə çatdırıb.

Chosen
59
xalqqazeti.az

1Sources