Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya aparılan uşaq ölüb.Gununsesi.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.Xeyli vaxtdır qızılcaya yoluxan və hərarəti düşməyən rayonun Qağacılı kənd sakini, 2019-cu il təvəllüdlü Rüfət Qəribli xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.Bildirilib ki, R.Qəriblinin valideynləri son günlər bir neçə dəfə onu xəstəxanaya aparıblar və ev şəraitində müalicə olunub.Hazırda Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qızılcaya yoluxmuş 9 uşağın stasionar şəraitdə müalicəsi davam etdirilir.Faktla bağlı araşdırma aparılır.***Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Kürdəmir Rayonu Qağacılı kənd sakini 14.10.2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb:“Noyabrın 18-də yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək 3 gün sonra təkrar müayinəyə dəvət olunub. Noyabrın 21-də ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib, həkim məsləhəti alıb. Noyabrın 23-ü saat 09:10-da xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib. Meyit patoloji anatomik təşrihə verilib. Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub”. Gununsesi.info