EN

Vinisius hakimə qəzəbləndi: "Cəhənnəmə get"

"Real Madrid"in ulduz futbolçusu Vinisius Junior DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya - Venesuela matçı zamanı nalayiq hərəkət edib. 

Fanat.Az xəbər verir ki, məlumatı "RMC Sport" yayıb. 

Xəbərə görə, qarşılaşma zamanı braziliyalı hücumçu baş hakimə "cəhənnəmə get" deyib". Onun ədalət təmsilçisinə əsəbləşməsinin səbəbi qaranlıq qalıb.

Xatırladaq ki, Venesuela - Braziliya matçı 1:1 hesablı heç-heçə başa çatıb. Vinisius komandasına qələbə qazandırmağa yaxın olsa da, matçın ikinci hissəsində penaltini qola çevirə bilməyib. 

Qeyd edək ki, 11 oyundan sonra 17 xal toplayan Braziliya yığması turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Mirağa

Chosen
41
fanat.az

1Sources