EN

Premyer Liqadan əlini üzən “Neftçi”nin sonuncu ümid yeri: “Ən real hədəf budur”

“Neftçi”nin cari mövsümdə uğur qazanması möcüzəyə bənzəyir.

Ötən “futbol ili”ni avrokuboklara vəsiqəsiz başa vuran “ağ-qaralar” 13 turdan sonra lider “Qarabağ”dan 21, 4-cü sıradakı “Zirə”dən 10 xal geri qalır.

Artıq futbolçular da bunun fərqindədir. Azı qış fasiləsinə qədər köklü dəyişikliklərin mümkünsüzlüyünü nəzərə alsaq, hansısa mənada irəliləyiş gözləmək yersizdir.

Komandanın macarıstanlı müdafiəçisi Mark Tamaş Sportinfo.az-a açıqlamasında mümkün hədəfdən söz açıb:

“Reallığı sevən adamam, çempionat yolu ilə nəsə etmək çox çətin görünür. Çünki əsas rəqiblərdən çox uzaq düşmüşük.

Əsas rəqiblərlə aramızda kəskin xal fərqi yaranıb. Bəlkə bundan sonra inanılmaz dərəcədə möhtəşəm performans göstərməklə nəyəsə nail ola bilərik.

Ancaq reallığa hörmət ediriksə, ən real hədəf Azərbaycan kubokunu qazanmaqdır”.

13 oyundan sonra aktivində cəmi 10 xal olan “Neftçi” yalnız “Səbail”lə “Kəpəz”i qabaqlayaraq 8-ci pillədə yer alıb.

HƏBİB

Chosen
24
sportinfo.az

1Sources