“Mançester Yunayted”in və Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandeş Kriştiano Ronaldo ilə ilk görüşündən danışıb.
Referans.az Publika.az-a istinadən xəbər verir ki, Fernandeş onu xeyli təəccübləndirən məqamdan danışıb:
“Məncə, bilmədiyiniz çox şey var. Onun necə yaşadığını anlamaq üçün daim onun yanında olmalısınız. O, əla rəqqasdır və rəqs hərəkətlərini yaxşı bilir. Gülməli, həm də həyəcanlıdır.
Buraya ilk gələndə heyran olduğum böyük oyunçuların əhatəsində idim, amma çox utancaq idim. Heç kimlə danışmaq istəmirdim. Başımı aşağı salıb salam verdim və mən gələndə Kriştiano orada deyildi. Çünki mən çox tez çatmışdım. Amma Ronaldo gələndə mənimlə danışdı, adımı çağırdı. “Matçlarını gördüm, qol vurursan, “Sportinq”də əla oynayırsan” dedi.
Dostlarım və ailəmlə danışmaq üçün otağıma qayıtdığımı xatırlayıram. “Oyunlarımı görüb, adımı haradan bilir”, – deyə təəccübləndim. Axı bu, milli komandada ilk dəfəm idi. Heyran olduğunuz oyunçular məni tanıyırdı”.