EN

Ağ düyünün zərərləri - MÜTƏXƏSSİSLƏR AÇIQLADI

Sadə ağ düyü sıyığı həftədə üç dəfədən çox istehlak edildikdə sağlamlıq problemlərinə səbəb ola bilər.

News24.az-ın Lent.az-a istinadla məlumatına görə, ağ düyü bir çox insanın pəhrizinin vacib hissəsidir.

Ağ düyünün tərkibindəki B vitaminləri, kalium, fosfor və amin turşuları kimi maddələr bağırsaq sağlamlığını dəstəkləyir, yaddaşı yaxşılaşdırır, dərinin qocalma prosesini ləngidir və xolesterinin səviyyəsini azaldır. 

Düyü kompleks karbohidratlarla zəngindir, orqanizmi enerji ilə təmin edir və əzələlərin saxlanmasına kömək edir. 100 qram düyüdə orqanizmin normal fəaliyyəti üçün lazım olan təxminən 7 qram protein var.

Bəs çox ağ düyü yeməyin hansı zərərləri var?

Faydalı xüsusiyyətlərinə baxmayaraq, ağ düyünün həddindən artıq istehlakı sağlamlığınıza zərər verə bilər. Tədqiqatlar göstərir ki, 158 qr ağ düyü yemək şəkər xəstəliyinə tutulma riskinizi 10% artıra bilər. Bunun səbəbi ağ düyüdə qəhvəyi düyüdən daha az lif, maqnezium və vitamin ehtiva etməsidir. 

Ağ düyü pəhriz məhsulu deyil, çünki 100 qramında təxminən 350 kalori var və bu, həddindən artıq istehlak edildikdə artıq çəkiyə səbəb ola bilər.

Digər problem isə odur ki, ağ düyü bədəndəkı kalsiumun azalmasına səbəb olur. Kalsium sağlam sümüklər, saçlar və dırnaqlar üçün vacibdir. 55 yaşdan yuxarı qadınların ağ düyü istehlakını məhdudlaşdırması xüsusilə vacibdir: Çünki bu yaşda kalsium səviyyəsi azalır, bu da sümük sıxlığının azaldığı bir xəstəlik olan osteoporoza səbəb ola bilər.

Chosen
43
1
news24.az

2Sources