EN

Yoldaşınızın dostları ilə görüşməsini qadağan edə bilərsiniz?

Qadınların münasibətdə şikayətləndiyi məsələlərdən biri də yoldaşlarının dostları ilə vaxt keçirməsidir.

Bəzi qadınlar bunu normal qarşılasa da, bəzi belə halın yol verilməz olduğunu düşünür. 

Hətta bir sıra qadın bunu yoldaşına qadağan edir.

Maraqlıdır, qadınların kişiləri dostları ilə görüşməsini qadağan etməlidir? Əgər edə bilərsə, bunu nə zaman etsin? 

Bu barədə Hit.az-a açıqlama verən sevgi üzrə mütəxəssis Xədicə Hüseynli deyib ki, birinci məsələ iki tərəfin də anlayışlı olmasıdır:

“Çünki hər iki tərəf bir-birinin şəxsi həyatına müdaxilə etməsə, münasibət öz axarında davam edər. Amma bu hər cütlüyə aid edilmir. Buna səbəb isə bəzi kişilərin ətrafında olan dostlarının yarasız olmasıdır. Çünki yarasız insanlar özləri ilə bərabər dostlarını da bataqlığa çəkir. 

Məsələn, subay olan bəzi dostlar evli kişiləri yeni qız axtarışına cəlb edə bilər. Bu da bir gün kişinin xanımına xəyanəti ilə nəticələnir. Digər bir səbəb kişilər dostları ilə çox vaxt keçirdikcə özünü subay biri kimi hiss edir. Subay olan kişilərin də içkiyə, əyləncəyə meyl etməsi danılmaz haldır. 

Uzun sözün qısası, dost insana nələrsə qatmalıdır. Əgər bu dost səni mənfi tərəfə çəkirsə, yoldaşınız həmin şəxslə görüşünüzü məhdudlaşdıra bilər”.

Murad

Chosen
56
hit.az

1Sources