EN

Bakıda su quyusuna düşən gənc xilas edilib (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhərinin Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində 1 nəfərin suquyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxilolub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar nazirliyinXüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırışüzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, 2008-ci il təvəllüdlü İsmayılov Vaqif Emin oğlu fərdiyaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 30 metr olansu quyusuna düşən iti xilas etmək istəyərkən özü də quyuya düşərəktəhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə V.İsmayılovuvə iti quyudan çıxararaq xilas ediblər.

Chosen
50
24
az.trend.az

10Sources