EN

Startaplarımız beynəlxalq forumda anlaşma memorandumları imzaladılar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə beş yerli startap (“Glorri”, “DMP”, “Epoint”, “Recepta”, “Polygraf AI”) Səudiyyə Ərəbistanında keçirilən və 120 000-dən çox iştirakçısı olan “Biban24” beynəlxalq biznes forumunda iştirak edib.

Valyuta.Az-ın verdiyi xəbərə görə, startaplar fərdi stendlərdə öz texnoloji həllərini qlobal auditoriyaya təqdim etməklə yanaşı, potensial müştərilər, xarici startaplar, investor və dövlət qurumları ilə işgüzar görüşlər keçiriblər. Bu görüşlərin nəticəsində xarici bazarlara çıxış üçün əlverişli əlaqələr qurulub, yeni potensial imkanlar dəyərləndirilib.

Belə ki, Azərbaycan startapları eyni zamanda bir sıra anlaşma memorandumları imzalayıblar. Yerli “DMP” startapı xarici “Slangit Technologies” ilə razılığa gəlib və bu, gələcəkdə startapın Yaxın Şərq bazarına çıxışını asanlaşdıracaq. “Recepta” startapı isə Səudiyyə Ərəbistanın “Fawa” şirkəti ilə anlaşma memorandumu imzalayıb. Bu əməkdaşlıq sayəsində “Recepta” öz rəqəmsal qəbz həllərini Səudiyyə Ərəbistanı bazarında da tətbiq edə biləcək.

Qeyd edək ki, “Biban24” tədbiri çoxsaylı qlobal oyunçuları, kiçik və orta biznesləri, fərdi sahibkarları, sənaye liderlərini bir araya gətirən, eləcə də müxtəlif proqramların, vörkşopların, maarifləndirici sessiyaların, investor görüşlərinin keçirildiyi beynəlxalq forumdur.

Aydın

Chosen
44
valyuta.az

1Sources