EN

Bu tarixədək Azərbaycanda avtomobillər elektromobillərlə əvəzlənəcək

COP29-dan sonra Azərbaycanda sürətlə benzin və dizel yanacağı ilə çalışan maşınların elektromobillərlə əvəzlənəcəyi bildirilir.

Belə olacağı təqdirdə, benzin və dizelle işləyən avtomobillər ucuzlaşa bilərmi?

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı TNS-in bu barədə sualına cavab olaraq bildirib ki, avtomobillərin elektromobillərlə əvəzlənməsiı hədəfdə olan bir məsələdir. Bu məsələnin çox qısa zamanda öz həllini tapacağını demək bir az çətindir.

Elməddin

Ekspert qeyd edib ki, sürücülər elektrikli avtomobillərlə bağlı bir qədər tərəddüd edirlər:

“Yəni, “Bu avtomobillərin gələcəyi varmı”, - sualı ortaya çıxır. Gəlin, baxaq: elektrikli avtomobillər üçün maddi-texniki baza, usta-servis xidməti, elektrikdoldurma stansiyaları və sair məsələlər nə yerdədir? Yəni bu gün ölkəyə milyardlarla dəyəri olan avtomobillər gətirilir. Ola bilər digər ölkələr, xüsusilə kütləvi şəkildə avtomobil istehsal edən dövlətlər bu prosesə daha tez keçid etsin. Azərbaycanın özünün tam avtomobil istehsalı olmadığına görə (ölkədə istesal olunan avtomobillər fərqli ölkələrlə müştərək yığılan avtomobillərdir) bu prosesə sürətli keçid hələ ki, gözlənilən deyil. Hesab edirəm ki, möhkəm iradə olarsa, nizamlı, planlaşdırılmış formada işlər görülərsə, bu hədəfə çata bilərik. Avtomobillərin elektromobillərlə tam əvəzlənməsi prosesi fikirimcə, 30-40 il ərzində başa çatar”.

Chosen
20
avtosfer.az

1Sources