Türkiyənin Malatya vilayətinin Doğanşəhər ilçəsində növbəti zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Təkanlar 3,9 bal gücündə, yerin 7,08 km dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilmir.
*** 18:06
Xəbərə video əlavə olunub.
***14:48
Türkiyənin Malatya vilayətinin Doğanşəhər bölgəsində 4,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
7 kilometr dərinlikdə meydana gələn zəlzələ Qəhrəmanmaraş, Adıyaman, Qaziantep və Kilis şəhərlərində də hiss edilib. Daha sonra Rizə vilayətinin Çamlıhemşin rayonunda 4,7 bal gücündə zəlzələ olub.
Hələlik tələfat və dağıntının qeydə alınmadığı bildirilib.