EN

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 çərçivəsində “Ecumene” Qlobal Forumunun plenar iclasında iştirak edib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf MühitinMühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisivə rəhbəri Leyla Əliyeva noyabrın 15-də “Ecumene” Qlobal Forumutərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkilolunan plenar iclasda çıxış edib.

Trend xəbər verir ki,ölkəmizin ev sahibliyi etdiyi COP29-un qlobal ekoloji problemlərinhəllində rolu barədə danışan Leyla Əliyeva, qəbul ediləcəkqərarların dayanıqlı gələcək naminə beynəlxalq həmrəyliyinmöhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Leyla Əliyeva çıxışında Azərbaycanda su resurslarının dayanıqlıidarə edilməsinə dair bir sıra məqamlara toxunub. Ölkəmiztərəfindən həyata keçirilən bir sıra tədbirlər, o cümlədən yaxınillər ərzində yaradılması nəzərdə tutulan 10 su anbarı barədəplenar iclas iştirakçılarına məlumat verilib.

Xəzər dənizində su səviyyəsinin son illər ərzində endiyini qeydedən IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Xəzərdəbiomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğulayıb. Eynizamanda, Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli iləmüqayisədə 6 dəfədən çox endiyi bildirilib. Leyla Əliyeva qeyd edibki, “Blue Marine Foundation” təşkilatı ilə əməkdaşlıq çərçivəsindəQızılağac Milli Parkı Xəzər dənizində ilk dənizkənarı mühafizəolunan ərazi kimi seçilib.

Bununla yanaşı, Leyla Əliyeva çıxışında IDEA İctimai Birliyitərəfindən su resurslarının mühafizəsi istiqamətində görüləntədbirlərə toxunub. Bildirilib ki, “Zəngin hövzələr” layihəsiçərçivəsində müxtəlif növ milyonlarla balıq körpəsi ölkə ərazisindəyerləşən bir sıra su hövzələrinə buraxılıb. “Bir damcı” layihəsininnəticəsi olaraq ictimaiyyətə suyun səmərəli istifadəsininəhəmiyyəti barədə geniş məlumat verilib.

Qeyd edək ki, plenar iclasda həmçinin BMT Baş katibinin iqlimfəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin ÇarlzHart, Dünya İqtisadiyyatının Təhlili Mərkəzinin direktoru RamonPiks-Madruqa, BMT-nin Ətraf Mühit Proqramının keçmiş icraçıdirektoru Erik Solheym, Rusiya Federasiyası prezidentininköməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsiRuslan Edelgeriyev, Çeçenistan Respublikası başçısının vəhökumətinin administrasiyası rəhbərinin birinci müavini –Çeçenistan Respublikasının naziri Xədicat Kadırova və Ümumrusiyatəbiətin mühafizəsi cəmiyyətinin Mərkəzi Şurasının sədri VyaçeslavFetisov iştirak ediblər.

Heydər
Heydər
Heydər
Chosen
50
38
az.trend.az

10Sources