EN

Xarici media nümayəndələri üçün mediatur təşkil olunub - FOTO

Noyabrın 15-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil olunub.

Ucnoqta.az xəbər verir ki, mediatur qədim zamanlardan bugünədək Azərbaycan tarixini əks etdirən Milli Azərbaycan Tarixi Muzeyindən başlayıb. Xarici jurnalistlər muzeyin ekspozisiyası, ölkəmizin keçmişini özündə canlandıran müxtəlif arxeoloji, etnoqrafik materiallar və eksponatlarla yaxından tanış olublar.

Heydər Əliyev Mərkəzində davam edən turda xarici media nümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. “Azərbaycan inciləri” sərgisi ilə də tanış olan qonaqlara burada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib.

Sonda XII əsrə aid divarlarla əhatə olunmuş, Şərq memarlığı və tarixi ilə zəngin olan, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarət olunub. Tur zamanı jurnalistlərə qeyri-adi memarlıq özəllikləri ilə seçilən Qız qalası və Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar Sarayı Kompleksi də daxil olmaqla, İçərişəhərin qədim küçələri və abidələri barədə geniş məlumat verilib.

Chosen
47
14
ucnoqta.az

10Sources