EN

"Windows" bu göstəricidə "Mac"ı keçdi

2024-cü ilin üçüncü rübündə bazara təqdim edilən kompüterlərin 20 faizi süni intellekt (AI) texnologiyası ilə təchiz olunub. Bu dövrdə ümumilikdə 13,3 milyon AI kompüterləri bazara çıxarılıb. Bu kompüterlərin 53 faizi Windows əməliyyat sistemi ilə təchiz edilib. Metbuat.az xəbər verir ki, bu nəticə ilə "Windows" cihazları ilk dəfə bazarda üstünlük təşkil edib. "Apple"ın macOS cihazları isə əvvəlki rübdə 59 faiz paya sahib olduğu halda, 47 faizə qədər azalıb."Canalys" şirkəti AI kompüterləri süni intellekt iş yükü üçün xüsusi çip və ya NPU kimi texnologiyalarla təchiz edilmiş masaüstü və noutbuklar kimi müəyyən edir. Şirkətin baş analitiki İşan Dattın fikrincə, “AI PC-lər sürətlə irəliləməyə davam edir.” O bildirib ki, "Snapdragon X" seriyalı çiplərlə təchiz edilmiş "Copilot+" kompüterlər bazarda ilk dəfə tam bir rüb ərzində mövcud olub. AMD və "Intel"in də AI dəstəyi təqdim edən məhsullarının yaxın zamanda bu trendlərə qoşulacağı gözlənilir.Datt həmçinin qeyd edir ki, istehlakçılar, xüsusilə də "Microsoft"un təklif etdiyi "Copilot+" kompüterlər kimi yüksək səviyyəli cihazların faydalarına hələ tam əmin deyillər. Araşdırmaya görə, kanal tərəfdaşlarının 31%-i bu kompüterlərin 2025-ci ildə satışa çıxarılmasını planlaşdırmır. 34% isə bu cihazların gələn il ümumi kompüter satışlarının 10%-dən azını təşkil edəcəyini düşünür."Windows 10"un istifadə müddətinin sona yaxınlaşması ilə köhnə cihazlardan süni intellekt dəstəyi olan kompüterlərə keçid üçün yaxın rüblər fürsət kimi görülür.

AI kompüterlər bazarda əhəmiyyətli rol oynamağa başlasa da, istehlakçıların yeni texnologiyaların faydalarına inandırılması və uyğun qiymət strategiyaları ilə bu cihazların geniş yayılması əsas hədəf olacaq.

Chosen
38
1
metbuat.az

2Sources