EN

Baltik dənizində II Dünya müharibəsinin sonunda batan paroxod tapıldı

1945-ci ilin mayında əsgərləri və qaçqınları evakuasiya etmək üçün istifadə edilən alman avarçəkən “Express I” gəmisi Danimarka sahillərində batıb. 

HİT.az xəbər verir ki, yalnız indi Almaniyadan olan dalğıclar Baltik dənizinin dibində onun qalıqlarını müəyyən ediblər.

Ərazidə aşkar edilmiş "Wehrmacht" silahlarının hissələri və arxiv araşdırmaları bu gəminin 1911-ci ildə çay daşımaları üçün tikildiyini müəyyən etməyə imkan verib.

Danziqdən Lübekə gedən gəmi 300 nəfərdən çox olan heyət Sovet qoşunlarının hücumundan qaçmağa çalışarkən fırtınada batıb. Pis hava şəraiti və həddindən artıq yüklənmə nəticəsində gəminin gövdəsi buna dözməyib qırılıb və gəmi təxminən 20 metr dərinliyə qərq olub.

Sağ qalanların bəzilərini Danimarka sahillərinə çatmağı bacaran eyni seriyadan olan başqa bir gəmi - "Ekspress III" xilas edə bilər. Lakin ekipajın əksəriyyətinin taleyi naməlum olaraq qalır.

Hadisəni araşdıran tarixçi və gəmi qəzası mütəxəssisi Holger Bus deyib: “Əsgərlərin sahilə üzərək çıxa bilmə şansı çox azdır”.

Samir


 

Chosen
59
1
hit.az

2Sources