EN

Məktəblilərə tullantıların düzgün idarə olunması üsulları haqqında məlumat verilib

Şagirdlərə erkən yaşlardan ekoloji şüurun aşılanması və tullantıların düzgün idarə olunmasını öyrətmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən orta təhsil müəssisələrində keçirilən görüşlər davam edib.

Ekologiya.az xəbər verir ki, 7 noyabr tarixində keçirilən görüşlər çərçivəsində mütəxəssislər tərəfindən N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin və  Evrika liseyinin 7-8-ci sinif şagirdlərinə tullantıların növləri, düzgün çeşidləməsi, onların toplanması və təkrar emalının əhəmiyyəti üsulları izah olunub. 

Qeyd edək ki, interaktiv formatda keçirilən görüşlər “Azərbaycanda plastik tullantıların ekoloji cəhətdən səmərəli idarə edilməsinin təşviqi və innovativ təkrar emal həllərinin tətbiqi” layihəsi çərçivəsində keçirilir. 

Layihə Bazel Konvensiyasının “Plastik Tullantı Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı və Qafqaz üzrə Regional Ekoloji Mərkəzin təşkilatçılığı ilə həyata keçirilir.

Chosen
63
ekologiya.az

1Sources