EN

50 il əvvəl adam öldürmüşdü, indi tutuldu

ABŞ-da polis 1974-cü ildə həyat yoldaşını öldürən və 50 il ədalətdən qaçan cinayətkarı tapıb.

News24.az lent.az-a istinadla bildirir ki, 25 yaşlı Meri Şlias Minneapolisdən Çikaqoya avtostopla gedərkən qəfildən yoxa çıxıb. Daha sonra qadının meyiti Viskonsin ştatının Dunn qraflığında tapılıb. Bir müddət araşdırmadan sonra istintaq dayandırılıb. Yalnız 50 il sonra hüquq-mühafizə orqanları cinayətkarı tapıb həbs edə biliblər - onun 84 yaşlı Con K. Miller olduğu üzə çıxıb. Dindirilmə zamanı həmin şəxs cinayəti törətdiyini etiraf edib.

Millerin həbsi noyabrın 7-də baş tutub. Cinayətin üstünün açılması DNT analizi və DNT verilənlər bazası sayəsində mümkün olub. Cinayət yerində Millerin bir neçə tükü tapılıb. Genetik şəcərə üsulları sayəsində Nyu-Cersidəki Ramapo Kollecinin mütəxəssisləri Millerin əcdadını ictimaiyyətə açıq olan DNT verilənlər bazasında tapa biliblər. Bundan sonra onun əmiuşaqları da tapılıb. Onların köməyi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı ələ keçiriblər.

Genetik test qrupunun rəhbəri David Gurney bildirib ki, onun komandası oxşar işlərlə bağlı 17 potensial yaradıb və 75 cinayətin araşdırılmasına kömək edib.


Chosen
44
5
news24.az

6Sources