EN

Rusiya ABŞ-a sanksiya tətbiq etdi, qiymətlər qalxdı

Ötən gün (15 noyabr) Rusiyanın ABŞ-a zənginləşdirilmiş uranın ixracına müvəqqəti məhdudiyyətlər tətbiq etməsindən sonra uranın qiyməti artıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Rusiyanın məhdudiyyətlər barədə elanından sonra 2025-ci ilin noyabrında çatdırılma üçün uranın qiymətləri bir funta görə 4 dollar artaraq, 84 dollara yüksəlib. Uran mədən şirkətlərinin səhmləri də bahalaşıb.

ABŞ Nüvə Enerjisi Departamentinin məlumatına görə, dünyanın uranın zənginləşdirilməsi potensialının təxminən 44%-i Rusiyanın payına düşür. ABŞ-ın nüvə yanacağı idxalının 35%-i isə Rusiyadan gəlirdi.

Chosen
50
5
axar.az

5Sources