Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller həyat yoldaşına təyyarə hədiyyə edib. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda “Bunte” nəşri məlumat yayıb. Qeyd olunub ki, ulduz futbolçunun xanımı Lizaya aldığı 8 nəfərlik təyyarənin dəyəri 2 milyon avrodan çoxdur. Lisa Müllerin bu hədiyyənin ardınca pilotluq dərslərinə qatıldığı da iddia olunub.