EN

Ömrünü okean sularında lüt-üryan keçirən MÜSƏLMAN QƏBİLƏ

Bu dünyada nələr yoxdur ki?! Suda-quruda yaşayan insanlar da var. Özü də bir hissəsi özünü müsəlman sayır. Sakit okeanın qərb sahillərində Filippin və Malayziyanın okean sərhədində 200-dən artıq ailə, “Baco” adlı qəbilə var. Onlar ömürlərinin əsas hissəsini lüt-üryan okean sularında keçirirlər. Çox vaxt suyun üzündə arxası üstə yatırlar. Sahildə daxmaları var.

News24.az Meidanews.az-a istinadən xəbər verir ki, sahilə ancaq balıq paylamaq, satmaq, alayarımçıq bişirmək, ölü basdırmaq üçün çıxırlar. İlin, günün, ayın, saatın hansı vaxtın olduğunu bilmirlər. Körpələri yeriməkdən tez, üzməyə can atırlar. Təxminən 5 yaşına çatmış uşaqların qulaq pərdələri deşilir. Bu, okeanın dərinliyində su təzyiqindən əziyyət çəkməmək üçün edilir. Həmin vaxtdan qızlı-oğlanlı balıq tutmaq işinə girişirlər.

Adi adam suyun yarım metr dərinliyində 1 dəqiqəyədək çox çətinliklə dözdüyü halda, bu adamlar 60 metr suyun dərinliyində 13 dəqiqə ov axtara bilirlər. Onlar üzərində aparılan araşdırmalara görə, “Baco” nümayəndələrinin ağciyərləri və dalaqları bizimkindən 50 faiz artıq inkişaf edib. DNT araşdırmaları nəticəsində məlum olub ki, min ildən artıqdır ki, bu şəkildə yaşadıqlarından, bədənləri mutasiyaya uğrayıb. Sanki başqa planetdən gəliblər. Nə dəriləri islanır, nə əllərinin içi, ayaqlarının altı sudan qabar olur.

2004-cü ildəki dəhşətli sunamidə bir nəfər də olsun bacolu suda boğulmayıb. Onlardan balıq alan ətraf ərazilərdəki qonşular bacoları “Dəniz qaraçıları” adlandırırlar. Bu dəniz qaraçılarının hamısının ancaq bir amalı var – balıq tutmaq, yemək, satmaq, suda sevişmək. Vəssalam. Özlərini rahat və xoşbəxt hiss edirlər.

P.S. Bu qədər ağlımız, elmimiz və texnologiyamızla birgə, biz xoşbəxtliyi tapa bilirikmi? Elə yaşamağı biz istəməsək də, onlar üçün bu xoşbəxt və ideal həyatdır.




Chosen
34
1
news24.az

2Sources