EN

Fransa - Türkiyə arasında yeni gərginlik: Selcuk Bayraktar və Türkiyənin hərbi sənayesi hədəfdə

Fransa və Türkiyə arasındakı uzun illərdən bəri davam edən fikir ayrılıqları, Osmanlı İmperiyasının son dövrlərindən bəri mövcud olan tarixi ziddiyyətlər, adətən diplomatik yollarla həll edilməyə çalışılsa da, bəzən bu fikir ayrılıqları ənənəvi çərçivələri aşır. Hazırda Fransa-Türkiyə münasibətlərində yeni bir gərginlik yaşanır.

Musavat.com xəbər verir ki, bu barədə Haqqin.az saytındakı təhlil məqaləsində yazılıb.

Yazıda göstərilir ki, Fransanın Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Strategiya Baş İdarəsi (DGRIS) tərəfindən hazırlanan bir hesabatda Türkiyənin hərbi-sənaye kompleksinin fəaliyyəti geniş şəkildə təhlil olunub. Bu idarə yalnız Fransa üçün təhlükəsizlik siyasətini formalaşdırmır, eyni zamanda ölkənin milli strategiyasını müəyyən edən “Ağ Kitab”ın hazırlanmasında mühüm rol oynayır.

Hesabatda Türkiyənin hərbi sənayesinin önəmli şirkətləri olan Selcuk Bayraktarın rəhbərlik etdiyi TUSAŞ və Baykar şirkətlərinin məhsulları detallı şəkildə təhlil olunub. Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA) terrorizmə qarşı mübarizədə fəal şəkildə istifadə olunur. Xüsusilə, bu aparatların köməyi ilə 25 oktyabrda Ankara TUSAŞ ofisinə edilən PKK terror hücumunun qarşısı alınıb.

Bundan əlavə, Fransanın Müdafiə Nazirliyinin hesabatında Türkiyə ordusunun Afrika ölkələrindəki mövcudluğunu göstərən xəritələr və infografik məlumatlar yer alıb. Hesabatda bildirilir ki, Türkiyə Fransa üçün əsas strateji rəqibə çevrilir və Afrikada, xüsusilə dron bazarında dominant mövqeyə sahib olur. DGRIS hesabatında qeyd olunur ki, Türkiyə Fransa üçün əhəmiyyətli olan Mali, Niger, Mərakeş, Tunis, Çad, Cibuti və Burkina Faso kimi ölkələrdə mövqeyini gücləndirir.

 

Musavat.com

Chosen
72
musavat.com

1Sources