EN

“PAŞA Kapital” İsveçrənin aktivlərin idarə edilməsi şirkətilə əməkdaşlıq edəcək - MEMORANDUM İMZALANIB

“PAŞA Kapital” və “Crossinvest Zürich AG” arasında əməkdaşlıq memorandumu imzalanıb.

15 noyabr 2024-cü il tarixində baş tutan imzalama mərasimində PAŞA Kapital İnvestisiya Şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev, "Crossinvest Zürich AG"nin İdarə Heyətinin üzvü və İnkişaf Edən Bazarlar üzrə rəhbəri Fəqan Nağıyev iştirak edib. 

Strateji tərəfdaşlığa dair bağlanmış memorandum çərçivəsində, əsasən PAŞA Kapitalın yerli və xarici kapital bazarlarında fəaliyyətinin daha da möhkəmləndirilməsi, Crossinvest Zürich AG-nin xarici investisiya məsləhətçiliyi sahəsində aktivliyinin genişləndirilməsi nəzərdə tutulub.

Həmçinin, hər iki tərəf maliyyə təhlili, investisiya idarəçiliyi sahəsində bilik və təcrübə mübadiləsində iştirak edərək, sektorun ümumi inkişafına töhfə verməyi hədəfləyir.

"Crossinvest Zürich AG" 2020-ci ildə müstəqil aktivlərin idarə edilməsi şirkəti kimi təsis edilib və İsveçrə Aktiv Menecerləri Assosiasiyasının üzvüdür. Şirkət maliyyə məsələlərində İsveçrə və xarici müştərilərə xidmətlər göstərir. "Crossinvest Zürich AG" təcrübə və xidmətləri "Crossinvest Group"un peşəkar platforması ilə birləşdirir . "Crossinvest Group" 40 ilə yaxındır müştərilərinə xidmətlər göstərir. "Crossinvest" müştərinin maliyyə məqsədlərinə çatmağa kömək edən şəxsi aktivlər, investisiya fondu və maliyyə risklərinin idarə edilməsi üzrə xidmətlər üzrə ixtisaslaşmışdır.

Ceyhun Hacıyev Fəqan Nağıyev Crossinvest Zürich AG PAŞA Kapital
Chosen
17
1
marja.az

2Sources